Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Dekabr

2017
10:23
2056
Haaqa tribunalı fəaliyyətini dayandırdı

Haaqada hərbi cinayətləri araşdırmaq üçün yaradılan Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsi sabiq xorvat general Praljakın intiharından sonra bağlanılıb. FaktXəbər-in verdiyi məlumata görə, Hollandiyanın Haaqa şəhərində keçirilən bağlanış mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres də iştirak edib. 

"Məhkəmə, təxminən 5 min nəfərin ifadəsi altında 10 min cinayət işinin açılmasını təmin edib. 90 nəfər törətdikləri hərbi, insanlıq və soyqırımı cinayətlərindən azadlıqdan məhrum olunub",-deyə BMT baş katibi bildirib. 

Yuqoslaviyanın imperialist müdaxilələr nəticəsində parçalanmasından sonra 1993-cü ildə BMT-nin qərarı ilə yaradılan məhkəmə bu günə qədər 6-sı ömürlük olmaqla 90 nəfərə cəza kəsib.

Məhkəmənin bağlanma səbəbi 20 illik həbs cəzası alan sabiq xorvat general Slobodan Praljakın 29 noyabrda iclas zalında sianid içərək intihar etməsi olub. Bu hadisədən sonra məhkəmə zallarının qapısına qıfıl vurulub.

Məqalədə : hərbi məhkəmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 14:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com