Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Dekabr

2017
08:32
1380
Türkiyəyə S-400 raketlərinin təslim ediləcəyi vaxt açıqlanıb

“S-400” zenit-raket komplekslərinin Türkiyəyə tədarükünə dair kontrakt üzrə ödənişin bir hissəsi Rusiyanın verəcəyi kredit hesabına həyata keçiriləcək. Komplekslərin tədarükünə 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlində başlanılacağı nəzərdə tutulub.

Bu barədə Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin “TASS” agentliyinə bildirib.

“Bütün məsələlər artıq həll edilib. Yaxın günlərdə kontrakt icra mərhələsinə keçəcək. Kontrakt üzrə ödənişin bir hissəsi Türkiyə tərəfinin hesabına, qalanı isə Rusiyanın verəcəyi kredit hesabına həyata keçiriləcək. “S-400”-lərin tədarükünə 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlində başlanılacaq”, - deyə V.Kojin bildirib.

Məqalədə : S-400 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2018 09:00

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru