Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2017
22:08
BMT Trampın qərarını LƏĞV ETDİ

BMT Baş Assambleyasında Qüdslə bağlı səsvermə keçirilib. 

FaktXəbər-in Rusiya mətbuatına əsasən verdiyi məlumata görə, keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı ləğv edilib. Qətnamə lehinə 128, əleyhinə 9 səs olmaqla qəbul edilib, 35 ölkə isə bitərəf qalıb.

Beləliklə, Trampın qərarı beynəlxalq birlik tərəfindən qəbul edilməyib.

Qətnamənin əleyhinə səs verənlər ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau və Toqo olub. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.   

Sənədə əsasən, müqəddəs Qüds şəhərinin statusu, demoqrafik tərkibi və xarakterinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və addımlar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : BMT Qüds Tramp 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 16:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com