Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2017
14:36
Saatlının 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan prezidenti İlham Əliyevin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq Saatlı rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən FaktXəbər-ə verilən məlumata görə, layihə çərçivəsində rayonun 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Kəndlərə içməli suyun verilməsi münasibətilə Saatlı rayonunun Əlisoltanlı kəndində açılış mərasimi keçirilib. Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda həyata keçirilən kommunal infrastruktur layihələrindən danışıb. Qeyd edib ki, içməli sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov son illər kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması sahəsində görülmüş işlər barədə məlumat verib: “Aran bölgəsində yerləşən Saatlı rayonunda içməli su təchizatı həmişə aktual olub. Dünya Banklı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Saatlı şəhərinin su təchizatı infrastrukturu yenidən qurulub və əhali fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Rayonun kəndlərində icra olunan su layihələri də qısa müddətdə yekunlaşıb və kənd sakinləri yüksək keyfiyyətli içməli su ilə təmin ediliblər”. 

Qeyd edək ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq Saatlı rayonunda icra olunan layihələr 7 yaşayış məntəqəsini - Mollavazlı, Bəylər, Əlisoltanlı, Potubəyli, Seyidlər, Qaracalar və Gomuşçu kəndlərini  əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Kür sutəmizləyici qurğuları - Sabirabad-Saatlı magistral su kəməri seçilib və kəmərdən kəndlərə çıxışlar verilib. Yaşayış məntəqələrində müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 15,4 km olan su xətləri çəkilərək ümumi istifadə üçün 48 ədəd bulaq quraşdırılıb. Ümumilikdə, yeni su təchizatı layihələrindən Saatlı rayonunun 7 kəndinin 10 min nəfərdən çox  sakini faydalanıb.

Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.

Məqalədə : saatlı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
391

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
290

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
301

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
277

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
402

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
381

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
581
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 15:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru