
Paraqvayın Deputatlar Palatası 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımının pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib.
Məlumatı Paraqvayın Deputatlar Palatası yayıb.
Bəyanatda qeyd edilib ki, Xocalı qətliyamı Ermənistan və Azərbaycan arasındakı münaqişənin hərbi fazasının üç ili ərzində mülki əhalinin məruz qaldığı ən böyük hücum olub. Nəticədə etnik xarakterli səbəblərə görə 63 uşaq, 106 qadın və 70 yaşlı insan olmaqla 613 azərbaycanlı qətlə yetirilib, 1275 sakin əsir düşüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Bundan başqa, 76-sı uşaq olmaqla, 487 nəfər Xocalı sakini şikəst olub, 26 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib. Bəyanatda bu faktın Azərbaycan Respublikasının müxtəlif qurumları və müstəqil mənbələr tərəfindən tam sənədləşdirildiyi qeyd olunub.
Sənəddə bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislədiyi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən silahlı işğalının qınanıldığı, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə etdikləri vurğulanıb.
Bəyanatda BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrin təcavüzün dayandırılmasını, diqqətin qurbanlara yönəldilməsini və Azərbaycan Respublikasının ərazilərinin Ermənistan Respublikası tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin həlli yolu kimi dialoqu təşviq etdiyi bildirilib.
Paraqvayın Deputatlar Palatası qeyd olunanları və beynəlxalq humanitar hüququn əsas prinsip və normalarına hörmət edilmədiyini əsas tutaraq 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımını pislədiyini və bu insanlıq əlyehinə cinayətin 26-cı ildönümünün anılması münasibətilə Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdiyini bəyan edib.

Lavrov Aİ-nin İrana qarşı yeni sanksiyaları haqda: Cinayətdən betərdir
13
Aprel
İlham Əliyev Avro-2020-nin Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb
13
Aprel
Peskov: “Rusiya və Azərbaycan hərbçiləri “İsgəndər” məsələsini sıx müzakirə edir”
13
Aprel
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO
13
Aprel
Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçi nə etməlidir? - AÇIQLAMA
13
Aprel26-02-2020 11:19 XİN və Baş Prokurorluq Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyana
26-02-2020 10:55 İlk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib
26-02-2020 10:46 Beynəlxalq jurnalist təşkilatından Xocalı bəyanatı
26-02-2020 08:10 XX əsrin faciəsi: Xocalı soyqrımından 28 il keçir
24-02-2020 14:05 Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
11-02-2019 10:39 Xocalı soyqırımının növbəti ildönümünün tədbirlər planı təsdiqlənib
- 13-04-2021 14:00 Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq?
- 13-04-2021 12:31 "Putinlə "İsgəndər-M"lə bağlı məsələni müzakirə etmişik"
- 13-04-2021 10:16 İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edir - CANLI
- 12-04-2021 15:11 Balaxanı Sənaye Parkı ilə bağlı SƏRƏNCAM
- 12-04-2021 14:42 Lukaşenko Azərbaycana gəlir
- 12-04-2021 12:16 Prezident müxalifəti təmsil edən vitse-spikeri təltif etdi
- 09-04-2021 15:12 Prezident Ailə Məcəlləsində dəyişiklikləri təsdiqlədi – Yeni qaydalar
- 09-04-2021 14:44 BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
- 09-04-2021 12:05 İlham Əliyev Rusiya Federasiyasının baş prokurorunu qəbul etdi
- 09-04-2021 11:23 Ceyhun Bayramovun erməniləri təşvişə salan çıxışının - VİDEOSU
- 09-04-2021 09:56 BMT Baş Assambleyasının prezidenti Azərbaycanda
- 08-04-2021 15:30 BMT Baş Assambleyasının Prezidenti bu gün Azərbaycana gəlir
- 08-04-2021 11:51 İƏT XİN Şurası Azərbaycanla bağlı tədbirlər planı qəbul edəcək
- 08-04-2021 11:30 Vilayət Eyvazovdan yeni TƏYİNAT
- 06-04-2021 15:48 Prezident yeni qurum yaratdı – FƏRMAN
- 06-04-2021 15:30 İƏT-dən azad olunmuş ərazilərinin bərpasına kömək etməyə çağırışı - VİDEO
- 06-04-2021 10:48 Azərbaycanda iki MTN generalının həbsinin TƏFƏRRÜATI
- 05-04-2021 12:15 Fəxrəddin Altun Bakıya səfər edəcək
- 05-04-2021 10:53 Hikmət Hacıyev: "Ermənistan öhdəliklərini yerinə yerirməlidir"
- 03-04-2021 09:53 Ərdoğan Azərbaycana yeni səfir təyin etdi
- 02-04-2021 18:02 "Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb"
- 02-04-2021 14:58 Milli Məclisin sabiq deputatı həbs edildi
- 02-04-2021 12:35 İlham Əliyevdən günəş elektrik stansiyası ilə bağlı SƏRƏNCAM
- 02-04-2021 11:46 Suriya və İraqdakı azərbaycanlı uşaqların ölkəyə qaytarılması üçün tədbirlər görülür
- 02-04-2021 09:56 Vilayət Eyvazovdan yeni TƏYİNAT