Azərbaycanlı kursant Rusiyada öldürülüb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2017
11:35
2662
Azərbaycanlı kursant Rusiyada öldürülüb

Rusiyanın Mixaylovski Hərbi Artilleriya Akademiyasında təhsil alan Azərbaycan vətəndaşı olan kursant qətlə yetirilib.

Hadisə dünən axşam saatlarında Sankt-Peterburq şəhərində baş verib. 

Məlumata görə, Azərbaycan vətəndaşı olan və birinci kursda təhsil alan iki kursant akademiyanın çamaşırxanasında mübahisə ediblər. 

Mübahisə zamanı onlardan biri üzərində gəzdirdiyi bıçaqdan istifadə edib və kurs yoldaşı olan Azərbaycan vətəndaşına zərbə endirib. Bıçaq zərbəsi kursantın ürək nahiyəsinə tuş gəldiyindən o, hadisə yerində ölüb.

Qətl hadisəsi törədən şəxs tutulub. O, hazırda polis bölməsində saxlanılır. 

Həmin kursantların adları açıqlanmayıb. 

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. (report)

Məqalədə : Hərbi akademiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 13:48



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com