Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2017
10:53
IX sinifi başa vura bilməyənlər imtahan verəcək

Eksternat imtahanlarına qeydiyyat və sənəd qəbulu başa çatıb. Bu barədə FaktXəbər-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətiundən məlumat verilib.

Bildirilib ki, dekabrın 1-dən başlayan qeydiyyat və sənəd qəbulu BŞTİ-də aparılıb. Ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə eksternat imtahanlarında iştirak etmək üçün 99 ərizə qeydiyyata alınıb.

Təhsil İdarəsinin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları dekabrın 26-27-də paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 21-22 dekabr tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : IX sinif 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 09:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com