Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2017
10:53
Sahibkarlıq fəaliyyəti 4 subyektə bölünəcək

Azərbaycanda subyektlərinin meyarlarına görə bölgüsü aparılacaq. Bununla bağlı “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna yeni 4-1 (Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü) maddəsi əlavə edilir.

Yeni maddəyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu maddədə nəzərdə tutulmuş meyarlar əsasında aparılır.

Layihə Milli Məclisin dekabrın 29-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Sahibkarlıq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 10:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com