Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2017
21:11
İndoneziyada Azərbaycan Dil Mərkəzi fəaliyyətə başlayacaq

"2017-ci ildə Azərbaycan və İndoneziya arasında xüsusilə iqtisadi və mədəniyyət sahələrində əlaqələr 2015-16-cı illərlə müqayisədə daha yüksək inkişaf edib".

Bunu İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani deyib.

İl ərzində idxal və ixracata dair qeydə alınan statistik rəqəmlərin də bu inkişafın əsas göstəricisi olduğunu deyən səfir bildirib ki,  2015-16-cı illərdə bu rəqəm 19 milyon idisə, cari ildə bu həcm 46 milyon dollar səviyyəsinə çatıb.

Azərbaycan və Indoneziya  arasında əlaqələrin inkişafında Azərbaycanlı gənclərin rolunu xüsusi vurğulayan səfir deyib ki, 2018-ci ildə  İndoneziya Azərbaycanda əsasən təhsil sahəsində əlaqələri genişləndirməyə çalışacaq: "Gələn il  Cakartada Azərbaycan Dil Mərkəzi fəaliyyətə  başlayacaq. Gələn ilin sentyabr-oktyabr aylarında Azərbaycanda İndoneziya mədəniyyət  günləri  keçirməyi də  planlaşdırırıq. Eyni zamanda  qarşılıqlı səfərlər, iş adamları arasında qarşılıqlı əməkdaşlıq, təqaüd proqramlarının həyata keçirilməsinə çalışacağıq".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 11:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com