Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2017
22:22
1496
Bakı aeroportunda yeni taksi xidməti yaradılacaq

Bakının hava limanında yeni taksi xidməti yaradılacaq.

Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli Trend-ə müsahibəsində bildirib ki, Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına yol infrastrukturu ilə bağlı təkliflər göndərilib.

V.Kərimli qeyd edib ki, qanunvericilikdə müəyyən boşluqlar, bəzi problemlər bu sahəyə tam nəzarət etməyə imkan vermir: "Həyata keçirdiyimiz tədbirlər nəticəsində bu gün taksi minik avtomobilləri ilə sərnişindaşımada gediş haqqı çox ucuzlaşıb. Hazırda mərhələli şəkildə tədbirlər görülür. Taksi xidmətləri göstərən bəzi şəxslər var ki, onların nəinki qarajları, heç avtomobilləri də yoxdur. Həmin şəxslər sadəcə avtomobil sahibləri ilə müştəriləri əlaqələndirərək əldə olunan vəsaitdən müəyyən faiz götürürlər. Müvafiq qurumlara qarajı olmayan taksi xidmətlərinin ləğv edilməsi barədə müraciət etmişik".

Onun sözlərinə görə, BNA, həmçinin Bakıda istehsal ili 10 ildən artıq olan avtomobillərin taksi kimi fəaliyyət göstərməməsini təklif edib: "Lakin hazırda bu məsələyə nəzarət mexanizmi bizim səlahiyyətimizdə deyil. Bununla belə, bu yaxınlarda Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidməti təşkil edəcəyik. Bununla bağlı işlər ilin sonuna qədər yekunlaşmalıdır. Artıq gələn ilin əvvəlindən həmin taksi xidməti fəaliyyətə başlayacaq. Bu, çox vacib bir yerdir. Şəhərimizə gələn qonaqlar pərakəndə taksi xidməti ilə qarşılaşmayacaqlar".

Məqalədə : BNA taksi aeroport 
Şərhlər
anonim tərəfindən 19-12-2017 09:20:34 tarixində yazıldı
taksi
Bakıda bütün taksi avtomobilləri eyni olmalıdır. Bu da özünü doğrultmuş "London taksi"ləridir. Yəni məntiq burada bir parkın olmasıdır ki, bu park öz növbəsində həm texniki xidmətlə məşguldur, həm də cavabdehlik daşıyır. Üstəgəl avtomobillər də sığortalanır! Kim taksi fəaliyyəti ilə məşğul olmaq istəyirsə bu avtomobilləri münasib qiymətə icarəyə götürüb xidmət edə bilər. Bakı elə də böyük şəhər deyil ki, istifadəsində bu qədər taksi olsun, özü də rəngarəng!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 14:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com