Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2017
19:27
Prezident Tacikistana yeni səfir göndərdi

Prezident İlham Əliyev Həsən Məmmədzadənin Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

FaktXəbər-in məlumatına görə, sərəncamla Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xatırladaq ki, bundan qabaq Tacikistandakı səfirimiz Abbasəli Kərəm oğlu Həsənov idi. O, prezidentin 08 dekabr 2017-ci il tarixli Sərəncamı ilə geri çağırılmışdı. Həsən Dilsuz oğlu Məmmədzadə eyni gündə verilən Sərəncamla Litvadakı Azərbaycan səfiri vəzifəsindən geri çağrılmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : sərəncam 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 16:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com