Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2017
12:09
`Şahdağ` Turizm Mərkəzində qış mövsümü açılıb

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində altıncı qış mövsümü dekabr ayının 16-dan etibarən açıq elan edilib.

Mərkəzdən verilən məlumata görə, mövsümün açılışında qış yarmarkası və konsert proqramı təşkil olunub.

Gün ərzində mərkəzi 3000-dən çox turist ziyarət edib. Keçən il qış mövsümü ərzində 95 mindən çox turist qəbul edən mərkəzə üz tutan turistlərin, eləcə də xarici turistlərin sayı ilbəil artdığından bu mövsümün keçən ilki rəqəmləri üstələyəcəyi proqnozlaşdırılır.

Bu il də xizək və snoubord sürmə ilə yanaşı 13 müxtəlif qış əyləncəsi turistlərin ixtiyarına verilib. Ənənəvi əyləncələr sırasına parapalan (dağ paraşütü) xidməti də əlavə edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şahdağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 07:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com