Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2017
11:19
Gələn ildən Azərbaycanda din xadimləri maaş alacaq

"Gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərimiz rəsmi şəkildə əməkhaqqı alacaqlar".

Bunu Dini Qurumlarla İş üzrə Dvlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, hazırda əməkhaqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur: "Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar , imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əməkhaqqı alacaqlar".

Komitə sədri bildirib ki, əmək haqqının verilməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti var: "Bugünlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvləri və rəhbərliyi açıqlanacaq. Hesab edirəm ki, yanvar ayından Fond fəaliyyət göstərəcək. Fevraldan din xadimləri maaş ala bilərlər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
316
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 12:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru