Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2017
10:57
1338
İlham Əliyev idmançılara mənzil hədiyyə edib

2017 ci ilde yuksek neticeler qazanan idmancilara mukafatlar teqdim olunub.Milli Olimpiya Komitəsində Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyevanın iştirakı ilə keçirilən mərasimdə 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

FaktXəbər-in məlumatına görə, Azərbaycan Prezidenti ölkədə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Ağayar Axundzadəyə, Zemfira Meftahətdinovaya, Nağı Babayevə, Firat Hüseynova, Vaqid Davudova, Qərib Əliyevə və Kamal Əhmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Aslan Şirəliyevə "Əməkdar Jurnalist", Kamil İsgəndərova "Əməkdar Həkim" fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.

Dövlət başçısı İlham Əliyev Elxan Məmmədova, Tahir Gözələ və Fərid Qayıbova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu təqdim edib.

Ölkədə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olunub.

Tədbirdə, həmçinin Azər Həsənov, Namiq Əsgərov, Güloğlan Cabbarov, Xəyal Əhmədov, Faiq Həsənov, Rəsul Məhəmmədov Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.

Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib, dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İdman 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2019 18:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com