Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Dekabr

2017
12:45
2929
Ermənistan ordusuna kərə əvəzinə marqarin yedirilib

Ermənistanın “Past” qəzetinin yazdığına görə, iki həftə bundan əvvəl indiyədək davam edən sensasion həbslər başlayıb. Lakin ölkənin təhlükəsizlik orqanları bununla bağlı məlumat yaymayıblar.

FaktXeber.com Virtualaz.org-a istinadən xəbər verir ki, etibarlı mənbələrin bildirdiyinə əsasən, erməni təşkilatlarından biri uzun illər ərzində xaricdən marqarin idxal edərək, Müdafiə Nazirliyinə kərə yağı adı altında satıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti araşdırma apararaq aydınlaşdırıb ki, həmin təşkilat nazirliyi aldadaraq milyonlarla dollar vəsait mənimsəyib. İndiyə kimi həbs edilənlərin arasında Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin Qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidmətinin məsul işçilərinin də olduğu bildirilir.

Məqalədə : Erməni düşmən ordu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-07-2018 18:32



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com