Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2017
16:49
1483
3 kənd içməli su ilə təchiz olunub - FOTO

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq Goranboy rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə çərçivəsində rayonun 3 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Goranboy rayonunun Veyisli kəndində açılış mərasimi keçirilib.

Açılış mərasimində Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev son illər Goranboyda aparılan abadlıq və quruculuq işlərindən danışıb. Bildirib ki, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında içməli su ilə təminat mühüm yer tutur.

Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov kəlbəcərli məcburi köçkünlərin böyük bir hissəsinin Goranboy rayonunda məskunlaşdığını xatırladaraq yeni salınmış Veyisli köçkün qəsəbəsinə içməli suyun verilməsini mühüm hadisə adlandırıb. 

Qeyd edək ki, “Azərsu” ASC cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. 2013-cü ildə təmas xəttinin yaxınlığında yerləşən Goranboy rayonunun Tapqaraqoyunlu kəndində içməli su layihəsi icra edilib. Layihə çərçivəsində Ballıqaya-Goranboy magistral su xəttindən Tapqaraqoyunlu kəndinə  14 km magistral su xətti çəkilib, hər birinin tutumu 300 kubmetr olan 2 ədəd su anbarı inşa edilib. Eyni zamanda müxtəlif diametrli borularla 35,6 km uzunluğunda paylayıcı şəbəkə yaradılaraq 800 ünvana birləşmə verilib. Bununla da Tapqaraqoyunlu kəndinin 2400 sakini 24 saat fasiləsiz içməli su ilə təmin olunub.

Məqalədə : içməli su 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2018 12:47

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status