Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2017
15:53
1876
Ankara, Tehran və Moskva Suriyada eyni hədəflərə malik deyillər
Lavrov: Vaşinqton ilə konstruktiv addımların atıldığı əməkdaşlığa başlamaq istəyirik

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ölkənin beynəlxalq gündəmini şərh edib.

FaktXəbər-in RİA Novostiyə istinadən məlumatına görə, Rusiyanın ABŞ ilə münasibətlərdə yaşanan böhranın dərinləşməsini arzu etmədiyini bildirən Lavrov, "ancaq düşmən mövqeyi göstərilən addımlara qarşılıq veriləcək", - deyə söyləyib.

Vaşinqton ilə konstruktiv addımların atıldığı əməkdaşlığa başlamaq istədiklərini bildirən Lavrov, "təəssüf ki, ABŞ rəhbərliyindən bu məsələdə hər hansı bir addım görmürük. Amma son zamanlar ABŞ tərəfindən Rusiya əleyhinə bəzi addımlar atılır", - deyə bildirib.

ABŞ-ı Rusiya ilə mübarizə bəhanəsi ilə Avropaya öz mayeləşdirilmiş təbii qazını (LNG) satmaqda ittiham edən Lavrov, Avropanın ABŞ-a görə müdafiə xərclərini artırmaqda çətinlik çəkdiyini deyib.

Çıxışında Suriya böhranına da toxunan Lavrov belə deyib: "Moskva, Ankara və Tehran Suriyada yüz faiz eyni hədəflərə malik deyillər. Hər bir ölkənin regiondakı problemlərə fərqli yanaşmaları ola bilər. Ancaq bu üç ölkə terrorla mübarizə və Suriyanın ərazi bütövlüyünün qorunması məsələsində eyni fikrə sahibdir. Suriyada müxtəlif etnik və dini qruplar arasında uyğunluğun yaradılmasının daşıdığı önəmin də yenə Rusiya, Türkiyə və İran tərəfindən eyni səviyyədə başa düşülür."

Məqalədə : Lavrov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2018 12:29

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status