Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2017
14:36
İŞİD-in yeni hədəfi Mərkəzi Asiya ola bilər

"İŞİD" terror qruplaşmasının yeni hədəfi Mərkəzi Asiya ölkələri ola bilər. FaktXəbər-in verdiyi məlumata görə, bu sözləri Federasiya Şurasında çıxış edərkən Rusiyanın XİN rəhbəri Sergey Lavrov deyib.

"Onlar Əfqanıstanda şimala tərəf irəliləmək istəyirlər. Belə qənaətə gəlmək olar ki, Mərkəzi Asiya növbəti hədəfdir",-deyə rusiyalı nazir əlavə edib. 

Sergey Lavrov həmçinin bildirib ki, Suriyada terrorçuların əksəriyyəti İraq vasitəsilə ölkəni tərk edib: "Halbuki biz dəfələrlə ABŞ və onların koalisiyasına bunun qarşısını almaqla bağlı müraciət etmişdik. Rusiya Hərbi Hava Qüvvələrinin İraqda hər hansı səlahiyyəti yoxdur. Moskva Vaşinqtondan yaraqlıları zərərsizləşdirməyi istəmişdi. Lakin onlar bunu etməyəcəklərini dedilər". 

Qeyd edək ki, Mərkəzi Asiya ölkələri Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistandan ibarətdir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 21:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com