Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2017
11:03
2626
Şəhid qızını vuraraq öldürən sürücü azad edilməyib - RƏSMİ

Bakı şəhər Prokurorluğu şəhid qızını vuraraq öldürən sürücünün həbsdən buraxılması barədə məlumatları təkzib edib.

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində paytaxtın Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxsin Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılması barədə informasiyalar dərc edilib: “Həmin məlumat həqiqəti əks etdirmədiyindən Bakı şəhər prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur”.

Belə ki, qeyd edilən yol nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı avtomobili idarə etmiş şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində baxılmış və həbs qətimkan tədbirinin seçilməsinə dair qərar dəyişdirilmədən qüvvəsində saxlanılıb.

Bildirilir ki, həmin cinayət işi üzrə müdafiə tərəfindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Səbail rayon məhkəməsinə müraciət edilməyib və bununla əlaqədar hər hansı məhkəmə iclası keçirilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə informasiyaların yayılmasına son qoyulması dəfələrlə kütləvi informasiya vasitələrinin nümayəndələrindən tələb edilsə də, hazırkı vaxtadək bu tələbə bəzi KİV-lərin əməl etməməsi təəssüf doğurur.

Qeyd edək ki, məlum yol qəzasında həlak olan Könül Əkbərova şəhid qızıdır. Bəzi KİV-də onun ölümü ilə nəticələnən yol qəzasını törətməkdə şübhəli bilinərək həbs edilən “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 17 yaşlı Rəhim Rəhimov həbsdən buraxılması barədə məlumatlar yayılıb. 

Məqalədə : Baş prokurorluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
276

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
167

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
249

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
184

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
196

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
179

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
200
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru