Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2017
10:16
2296
Video oyunlar yaşlıların beynini cavanlaşdırır

Kanadanın Monreal  Univerisetitetlərinin neyropsixoloqları araşdırma zamanı müəyyən ediblər ki, video oyunlar Hippokampda boz maddənin artmasına gətirir. Və bu istənilən yaş dövrünə aiddir.

Hippokamp - beyinin o hissəsidir ki, məlumatı saxlamaqda böyük rola malikdir. Hippokamp limbik sisteminin bir hissəsini təşkil edir. Bu sistem insanın hiss və xatirələri ilə rabitədədir.

FaktXeber.com-un hightech-ə istinadla verdiyi məlumata görə, bu cür araşdırmalar əvvəllər ancaq 20 yaşlarında gənclərin üzərində aparılırdı. Lakin artıq psixoloqlar 55-75 yaşlı insanlara da diqqət yönəldiblər. Eksperimentin 33 iştirakçı 3 qrupa ayrılıb: Birinci qrup mütəmadi Super Mario-64 oynayıb, ikinci qrup fortepiano dərsləri alıb, üçüncülər isə heç nə etməyiblər.

Məlum olub ki, əvvəllər vaxt itkisi hesab olunan oyunlar əslində nəinki gənclərdə, hətta yaşlılarda beynin vəziyyətini yaxşılaşdırıb, musiqi ilə məşğul olanlarda isə (heç nə etməyən qocalardakı kimi) hissediləcək nəticələr görünməyib.

Hippokampda və beyincikdə (həmçinin motor funksiyasına və nitdən məsuldur) boz maddə artıb və sınaqdan keçənlərin  qısamuüddətli yaddaşın  göstəriciləri yaxşılaşıb.

Yüksək IQ və video oyunlarda qələbələr arasında rabitə York Universitetindən müəyyənləşdirib. Məlum olub ki,  DOTA-2 kimi oyunlarda əla nəticə göstərən oyunçular ənənəvi zəka testlərində (məsələn IQ) daha yüksək qiymətlər alırlar.

Məqalədə : video oyunlar 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 16:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com