Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2017
09:54
Öldürülən Rusiya səfirinə görə daha bir həbs

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun silahlı hücumla öldürülməsinə dair istintaq çərçivəsində FETÖ ilə əlaqədə olduğu üçün işdən qovulan keçmiş polis əməkdaşı Ramazan Yücel həbs olunub.

FaktXəbər-in TRT-yə istinadən məlumatına görə, Ankara Məhkəməsində istintaq aparan prokurora ifadə verən Yücel, "qabaqcadan hazırlayaraq adam öldürməkdə iştirak" cinayətində ittiham edilərək işi məhkəməyə göndərilib.

Onun barəsində həbs qərarı çıxarılıb.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Karlov 19 dekabr 2015-ci ildə Ankarada iştirak etdiyi sərgidə silahlı hücum nəticəsində öldürülmüşdü. Cinayətlə əlaqədar olaraq "Guru Media Yayım Qrupu" prezidenti Hayreddin Aydınbaş da daxil olmaqla 2-si polis 4 nəfər həbs edilmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Karlov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 14:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com