Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Dekabr

2017
09:22
Bu gün Milli Məclis 39 məsələyə baxacaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasda ilk öncə "2013-cü il 13 avqust tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında" Protokolun təsdiq edilməsi məsələsinə baxılacaq.

Daha sonra "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. İclasda həmçinin "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" layihə, Seçki Məcəlləsinə, Mülki Məcəlləyə dəyişikliklər edilməsi, o cümlədən "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında" qanuna dəyişiklik edilməsi və digər məsələlər mazakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 39 məsələ daxildir./Trend

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qanun 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 04:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com