Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2017
15:02
Putin: Seçkilərdə müstəqil namizəd kimi yarışacam

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında xarici və yerli jurnalistlərin suallarını cavablandırıb. O, 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı suala cavab verərkən bildirib ki, seçkilərə müstəqil namizəd kimi qatılacaq: "Buna baxmayaraq, digər partiyaların və qeyri-hökumət təşkilatlarının dəstəyini gözləyirəm. Seçki kampaniysına rəhbərlik edəcək şəxs barədə hələlik bir qərar verməmişəm. Bu məsələni hələ dünən müzakirə etdiyimizi gizlətməyəcəm".

Putin daha sonra bildirib ki, hərbi xərclər Rusiyanın sosial-iqtisadi proqramına mənfi təsir etməyəcək və iqtisadiyyatın çökməsinə səbəb olmayacaq: "Hərbi sahədə ABŞ qədər maliyyə sərf etməmişik. Rusiya müdafiə sahəsinə 46 milyard dollar ayırdığı vaxtda, ABŞ bu sahəyə 2018-ci ildə 700 milyard dollar xərcləməyi planlaşdırır. Rusiya rəhbərliyi ordunun inkişafına diqqət yetirəcək, ancaq silahlanma yarışına daxil olmayacaq. Ordumuzu inkişaf etdirərkən büdcəmizə zərər verməyəcəyik. Rusiya, Arktikada hərbi və ekoloji təhlükəsizliyi təmin etmək məcburiyyətindədir. Rusiyanın əsas mineral ehtiyatları Arktikada yerləşir".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Putin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 20:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com