Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

14 Dekabr

2017
13:28
750
Uşaqsız ailələrdə boşanma halları daha çoxdur

"Təhlillər göstərir ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil". APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, uşaqsız ailələrdə boşanma halları daha çox baş verir: "Qüsurlu uşaqların doğulması da boşanmalara səbəb olur".

Dövlət Komitəsinin sədri qeyd edib ki, ailə institutuna təsir edən bir sıra problemlər var: "Bəzi hallarda ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması, erkən və qeyri-rəsmi nikah, məişət zorakılığı hallarının baş verməsi, uşaqların təhsildən yayınması ailələrin zəifləməsinə və dağılmasına gətirib çıxarır. Amma bəzən də biz valideyn və uşaqların məsuliyyət hissinin zəif olması hallarına da rast gəlirik".

Məqalədə : boşanma 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2018 14:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru