Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

14 Dekabr

2017
12:37
1458
`Müsəlmanların süstlüyü qarşı tərəfi cürətləndirir`
Emil Rahiloğlu: “Qüdsdə bütün səmavi dinlərin ardıcılları əmin-amanlıqla yaşaya bilərlər"

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Trampın ötən həftə Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarına dünyada etirazlar davam edir. Fransa, Almaniya da daxil olmaqla, bir çox dünya ölkələrində, xüsusən də müsəlman ölkələrində etiraz aksiyaları keçirilib.

Ancaq etiraz aksiyaları ilə yanaşı əksər dünya dövlətləri bu addımı pisləyib, Yaxın Şərqdə sülh prosesini zərbə altında qoyduğunu bildirib. O cümlədən torpaqları 25 ildən artıqdır ki, erməni işğalı altında olan Azərbaycanda da bu addım sülh prosesinə zərbə kimi pislənir. Bununla belə, Qüds məsələsi ilə bağlı ölkə ictimaiyyəti arasında fərqli fikirlər var. Belə ki, Qarabağın işğalının Qüds probleminin davamı olduğunu bildirənlərlə yanaşı, "bizi yalnız Qarabağ probleminin həlli düşündürməlidir" deyə fikir bildirənlər də az deyil.

Məsələyə münasibət bildirərkən, "burada toxunulacaq incəlik, dünyagörüşü və kimin hansı aspektdən yanaşmasıdır" deyən Azərbaycan İslam Partiyası (AİP) sədrinin müavini Emil Rahiloğu birinci fikirlə (Qarabağın işğalı Qüdsün işğalının davamıdır - red.) tam razı olduğunu, yəni məsələyə sırf coğrafi ərazi kimi deyil, eyni zamanda bütün səmavi dinlərin vəhdətini özündə cəmləyəcək müqəddəs məkan olaraq yanaşdığını vurğulayıb:

"Qüdsün ətrafında bütün səmavi dinlərin ardıcılları əmin-amanlıqla yaşaya və bu müqəddəs əraziləri qoruya bilərlər. Amma təəssüflər olsun ki, əsrlərdir insanlığa və dünya əmin-amanlığına qənim kəsilmiş hegemonlar buna imkan vermirlər. Bu gün isə məsələ tam olaraq əsas kontekstindən çıxarılaraq sırf geopolitik müstəvidə insanların qanı və evlərindəndən didərgin düşməsi bahasına güya həll olunur. Dünyada yaşamağa yer tapmayan bir dəstə özünü yəhudi dininin ardıcılı kimi göstərən insanlıq qənimləri öz mahiyyətlərinə uyğun olaraq olmazın cinayətlərinə əl atırlar.

Fələstin sionist müharibəsi başlayan gündən insan haqları hayqırtısı ilə dünyanın qulağını kar edən bütün xristian və yəhudi gücləri bu məsələni görməzdən gəlir və günahsız insanların qanlarının tökülməsinə, evlərindən didərgin düşməsinə, vəhşicəsinə öldürülməsinə biganə yanaşırlar. Bütün bunlara rəğmən barmaq sayı müsəlman dövlətləri istisna olmaqla müsəlmanların da süstlüyü qarşı tərəfi daha da cürətləndirir. İş artıq o yerə gəlib çıxır ki, bir çox müsəlman ölkələrində müharibələr başlanır, günahsız insanların qətliamı daha da geniş şəkildə vüsət alır. Nəhayət son Suriya məsələsində məğlub olan Amerika hakimiyyəti müsəlmanların ilk qibləsi olan Qüdsü qondarma İsrail dövlətinin paytaxtı elan edir. Bəli, bu cürəti də bir çox müsəlmanların süstlüyündən alırlar. Biz bu bəhanəni zaman-zaman onlara vermişik. Əgər müsəlmanlar ilk günlərdən "Qüds müsəlmanların haqqıdır və bu haqqı kimsə qəsb edə bilməz!" şüarını praktiki olaraq dünyaya göstərsəydi, bu gün heç bir xain müsəlman torpağında quş olub uça bilməzdi. Amma təəssüflər olsun ki, biz bunu bacarmadıq. Bacarmadıq və nəhayət Qarabağda, Əfqanıstanda, İraqda, Liviyada, Suriyada və sair müsəlman ölkələrində müharibələr başladıldı. Biz buna əsasən Qarabağı Qüdsün işğalının davamı kimi görürük.

"Bizi yalnız Qarabağ probleminin həlli düşündürməlidir" deyənlərə isə cavabım budur ki, biz bunu yalnız şüar olaraq demişik. Praktikata bunu müşahidə etmirik. Çox nümunələr göstərmək olar. Amma erməni kilsələrinə havayı qaz verərək, öz məscidlərinin qazını kəsən, bu gün cəzasız qalırsa, xalq məhkəməsinə çıxarılmırsa, deməli hələ Qarabağ probleminin həlli ilə bağlı şüarçılıqdan o tərəfə gedə bilmirik. Belə düşünən insanlar heç vaxt praktiki olaraq meydana atılmayacaq və problemin həllinin tezləşməsi üçün heç bir etiraz etməyəcəklər".

Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2018 18:14

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru