Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2017
12:06
Ermənistanda terror hazırlayan amerikalı saxlanılıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə ərazisində terror aktları hazırlayan cinayətkar şəbəkəni ələ keçirib. Bu barədə FaktXəbər "News.am" saytına istinadən xəbər verir.

Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində məlum olub ki, milliyətcə erməni olan ABŞ vətəndaşı  Facebook sosial şəbəkəsində "Ədalət naminə Döyüşçülər" (Бойцы во имя справедливости) adlı səhifə açıb. 

Səhifə vasitəsilə birbaşa zorakılığa çağırış olub və Ermənistanın vəzifəli şəxsləii, eyni zamanda hüquq mühafizə orqanları əməkdaşlarına qarşı hücumların həyata keçirilməsi təşviq edilib. 

İlkin məlumata görə, saxlanılan şəxs Ermənistanda sabitliyi pozmaq, əhalini qorxuya salmaq, hakimiyyət nümayəndələrinə hədə-qorxu gəlmək, qətllər törətmək və cinayətkar şəbəkə yaratmaq istəyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 08:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com