Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2017
11:57
Türkiyədə həbs dalğası Maliyyə Nazirliyinə çatdı
Məhkəmə 79 nəfər barəsində həbs qərarı çıxardı

Türkiyənin Ankara Cümhuriyyət Baş Prokurorluğunda aparılan FETÖ istintaqı çərçivəsində haqlarında saxlanma qərarı verilən və işdən çıxarılmış 78 nəfər Maliyyə Nazirliyi şəxsi heyəti, biri nəfər isə hazırda nazirlikdə işləyən şübhəlinin saxlanılması üçün səhər saatlarında 26 rayonda əməliyyatlar keçirilib.

FaktXəbər-in TRT-yə istinadən məlumatına görə, bu çərçivədə şübhəlilərdən 24-ü saxlanılıb.

Şübhəlilərin əksəriyyətinin təşkilatın şifrəli xəbərləşmə proqramı olan "Bylock"dan istifadə etdikləri, işlədikləri dövrdə Maliyyə Nazirliyinə aid məlumatları təşkilata ötürdükləri, bağlanan Bank Asiyada hesablarının olduğu və bəzilərinin təşkilat tərəfindən evləndirildiyi müəyyənləşib.

Fərari şübhəlilərin tutulması üçün işlərin davam etdiyi, digər rayonlarda saxlanan şübhəlilərin Ankaraya gətiriləcəyi bildirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : FETÖ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 21:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com