Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

14 Dekabr

2017
11:19
939
Saakaşvili: Odessanın meri olmaq istəyirəm

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili yenidən qubernator olmaq həvəsinə düşüb. FaktXəbər-in verdiyi məlumata görə, Saakaşvili bu barədə "Kanal 24"ün efirində danışıb. 

O, əlavə edib ki, fikrində ciddidir və Odessada dəyişikliklər etmək fikrindədir: "Mən Odessaya getmək və oranın meri olmaq istəyirəm. Bu, zarafat deyil, fikrimdə ciddiyəm. Çox istəyirəm ki, Odessanı inkişaf etdirim. Lakin Odessanı qaldırmaq üçün bütün qaydaları dəyişmək lazımdır".

Mixail Saakaşvili həmçinin bildirib ki, qebernator postuna qayıtması üçün yaxşı baş nazirin seçilməsi də gərəkdir. 

Sabiq qubernator əlavə edib ki, onun prezident ambisiyaları yoxdur: "Mən müəyyən səbəblərə görə, prezidenti ola bilmərəm. Və Ukrayna siyasətində uzunmüddətli qala bilmərəm, çünki bu mühafizəkarlığı istəmirəm. Mənə yaxşılığa doğru irəliləyiş lazımdır. Sonra Ukraynada adi vətəndaş kimi qalmaq istərdim".

Məqalədə : Saakaşvili 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2018 18:08

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru