Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2017
10:40
1992
Pentaqonun 44 min hərbçisi harda `itib`? VİDEO

2018-ci il üçün ABŞ hərbi büdcəsini imzalayan Donald Tramp son 7 ildə ilk dəfə olaraq ordunun sayını artırmağa, həmçinin  onu yeni silahlarla və vacib resurslarla təmin etməyə vəd verib . Lakin prezident onu deməyə «unudub» ki, Pentaqonun özü bu dəqiqə  44 min amerikalı hərbçinin hazırda harda olduğunu izah edə bilmir.

Belə ki, büdcə imzalanmımşdan bir neçə gün öncə Pentaqon hazırda 44 min hərbçinin  yerini  müəyyən edə bilmədiyi barədə hesabatla çıxış edib. FaktXeber.com-un məlumatına görə, sənəd müdafiə naziri Ceyms Mettisin tabeçiliyində olan Müdafiə Personalının Sayının İşlənməsi Mərkəzi tərəfindən hazırlanıb.

ABŞ özünü elə göstərməməlidir ki, başqalarına nə etməli, necə yaşamalı və ölkələrini hansı formada idarə etməli olduğu barədə söz demək haqqı var"

Konqresin veteranı  Ron Polun fikrincə problem artıq neçə illərdir ki, var. Ağ Evin yeni  administrasiyasında isə əsgərlərin  sayı barədə məxfi manipulyasiya ancaq artıb. FaktXeber.com-un məlumatına görə, o, RT-yə müsahibəsində  bütün amerikalı hərbçilərə evlərinə dönməyi təklif edib.

Dr.Polun sözlərinə görə, vəziyyəti dəyişmək üçün ilk növbədə xarici siyasəti dəyişmək lazımdır: «Mənim əsas hədəflərimdən biri məhz budur – xarici siyasətimizin düzgün olmadığı fikrini çatdırmaq: biz ölkələrə müdaxilə edir, başqa xalqlara  öz dövlətlərini necə idarə etməyi göstərir, ümumiyyətlə iştirak etməməli olduğumuz seçkilərə qarışır və dünya polisi olmağa çalışırıq. Bu, bizim maraqlarımıza ziddir».

Siyasətçi bildiribi ki, ABŞ özünü elə göstərməməlidir ki, başqalarına nə etməli, necə yaşamalı və ölkələrini necə idarə etməli olduğu barədə söz demək haqqı var, əksinə ən əsas hədəfi özünü yaxşılaşdırmaq olmalıdır.

Məqalədə : Pentaqon 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 15:32



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com