Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

14 Dekabr

2017
10:22
1050
Netanyahu: İstanbul bəyannaməsi bizi narahat etmədi

İsrail rejiminin baş naziri Binyamin Netanyahu İslam Əməkdaşlıq Təşkilatının verdiyi bəyanatlardan narahat olmadıqlarını söyləyib.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Növbədənkənar Zirvə Görüşündə paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini tanımaq qərarı verilməsindən sonra ilk dəfə danışan Netanyahu, bu qərara xitabən, "belə bəyanatlar bizə təsir etmir. Sonda həqiqət qələbə çalacaq və bir çox ölkə Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, səfirliklərini bu şəhərə köçürəcək", - deyə bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüləcəyi ilə bağlı qərarından sonra İstanbulda toplanan İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı elan edib. Həmçinin BMT-yə məsuliyyəti üzərinə götürməsi, Qüdsün hüquqi statusunu təsdiq etməsi və Fələstin torpaqlarındakı İsrail işğalına son qoyulması çağırışı edilib.

Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-01-2018 23:15

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru