Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2017
20:49
Ərəbistanda qadınlara daha bir qadağa ləğv edilir

Səudiyyə Ərəbistanının Məclis əş-Şurası (Konsultativ Şura) qadınların hakim kimi çalışması ilə bağlı qadağanın ləğvini təklif edib. FaktXəbər-in məlumatına görə, bu haqda "Acil" yerli xəbər portalı mənbəyə istinadən yazır.

Təklif, vəzifə təyinatı zamanı cinsi ayrı-seçkiliyin aradan qaldırılması, hüquq fakültələrinin məzunlarına yeni imkanlar verilməsini təmin etmək üçün məhkəmə sistemi haqda qanunun 31-ci maddəsində dəyişiklik etməkdən ibarətdir.  .

Qeyd edək ki, bundan əvvəl oktyabrda Səudiyyə kralı qadınlara avtomobil idarə etməyə, həmçinin 2018-ci ildən stadionlarda idman tədbirlərinə tamaşa etməyə icazə verilməsi haqqında fərmanlar imzalamışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 04:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com