Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

13 Dekabr

2017
16:46
1083
Ruhani: ABŞ heç vaxt dürüst bir vasitəçi olmayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbədənkənar zirvə toplantısında çıxış edən İran prezidenti Həsən Ruhani bildirib ki, ölkəsi Qüdsü qorumağa və müsəlman ölkələrlə hər bir əməkdaşlığa hazırdır. Sionist rejimin təhdidləri nəticəsində bölgədə bəzi ölkələrin ABŞ-la əməkdaşlıq etdiyini vurğulayan Ruhani, "Fələstinin taleyini həll etmək üçün səy göstərirlər. Əgər bu səylər səs gətirsə, sionistlər Fələstini daimi olaraq işğal edər",-deyə əlavə edib. 

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bölgənin həqiqi sahiblərinin müsəlmanlar, xristianlar və yəhudilər olduğunu deyən İran prezidenti bildirib ki, yad ünsür olan sionistlər özlərini bölgəyə təlqin edib: "Sionistlər, terror və şiddət toxumlarını Yaxın Şərqə əkənlərdir. Son əsrin əvvəllərindən bu günə qədər bunu etdiklərini görürük".

BMT Təhlükəsizlik Şurasının lazımi tədbirlər görmədiyini önə çəkən Həsən Ruhani, ABŞ-ın sionist rejimə hər cür silah dəstəyi göstərməsini də tənqid edib: "Təəssüf ki, ABŞ illədir müzakirələrdə hakim olaraq təyin edilib və vasitəçilik üçün həmişə Birləşmiş Ştatlara üz tutulub. Halbuki ABŞ heç vaxt dürüst bir vasitəçi olmayıb və  olmayacaq da. Onsuz da Fələstin probleminin həllində müsbət bir rol oynamayıb. Görürük ki, ABŞ yalnız maksimum mənfəət əldə etmək istəyir. ABŞ həmçinin fələstinlilərin qanuni tələblərini heç bir şəkildə görmür. Bunun müqabilində İran olaraq müsəlman ölkələrin hər biri ilə əməkdaşlığa hazırıq. Qüdsü hər an qorumağa hazırıq. Bu məsələdə heç bir çəkinəcəyimiz yer və ön şərtimiz yoxdur".

Məqalədə : İran prezidenti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-01-2018 23:24

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru