Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2017
16:36
11815
Telefonunuzun bu imkanlarından xəbəriniz varmı? FOTO-VIDEO

FaktXeber.com olaraq bu gün sizlərə telefonunuz bağlı çoxlarınızın bilmədiyi faydalı tövsiyləri təqdim edəcəyik.

İnfraqırmızı şüalanmanı görmək

Artıq televizor pultunun işini asanlıqla yoxlaya bilərsiniz. İstənilən smartfonun  kamerası İK şüaları (televizoru və pultdakı lampanı birləşdirir) görür.

Avtomobilin pəncrəsindən şəhər  mənzərəsini çəkmək

Bunun üçün hərəkət zamanı kameranı «panoram» rejiminə keçirin və maşının hərəkəti zamanı devaysı bir xətt üzrə hərəkət etdirin.

Ekizini yaratmaq

Bunun üçün kameranın «panoram» rejimi seçilir, sonra telefon başqasına verin. O hərəkətə və çəkilişə başlayanda panoramanın digər istiqamətinə qaçın (obyektivdən sürətli olmalısınız). Fotoda iki və hətta üç adam əks olunacaq.

Telefonu  eynəyə çevirmək

Uzağı görməyənlər üçün əla funksiyadır. Kameranı yandırın və telefonu  mətnə yaxınlaşdırın. Mətnin böyüdülmüş variantını tam dəqiqliklə görmək olacaq. Bundan başqa stadionda ən arxada otursanız belə futbol oyununu izləmək olar.

Evinizdə olarkən telefonun kilidinin avtomatik açılması

Pin kod, ekranda foto və digər fikir yayındıran şeyləri unudun. Androidi 5.0 və yuxarı olanlar sadəcə Ayarlar bölməsindən «Smart Lock»a keçin və özünüzün «təhlükəsiz məntəqəniz»i əlavə edin. Qeyd etdiyiniz yerdə telefonunuz daim avtomatik kiliddən açılacaq.

Telefonun mavi şüalanmasını azaltmaq

Məhz Blue Light dərin yuxumuzun  qarşısını alır, həmçinin qaranlıqda istifadə edərkən gözlərimizə ziyandır. Problemi ləğv etmək üçün  xüsusi proqram (Blue Light Filter) hazırlanıb. Bu proqram günəşin batmasından sonra yaranan  mavi işıq axının filtrdən keçirir və parlaqlığı, ekran rənginin  ayarlarının sinxronizə edir.

Bunun üçün belə proqramlardan birini yükləyin, Androidin son versiyası (5.0-dan yuxarı olanlar) ayarlardan bu funksiyanı bağlaya bilər.

Ultrabənövşəyi fonar etmək

Flaşı olan telefon, yapışqanlı lent göy və bənövşəyi  flomaster götürün. Telefonun gözcüyünə şəffaf kanselyariyalentini yapışdırın və üzərini göy flamasterlə rəngləyin, sonra bir daha yapışqanlı lent yapışdırın üzərini göy flamasterlə rəngləyin. Üçüncü qatda yapışqanlı lenti bənövşəyi flamasterlə rəngləyin. Qaranlıqda fonarı yandıranda, maraqlı nəsnələrlə (səthlərdə olan mikroblar da daxil olmaqla) rastlaşa bilərsiniz.

Məqalədə : Telefonun 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 11:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com