Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2017
16:27
3557
`Kristal Abşeron` mətbuatı məhkəmə ilə hədələdi

Xırdalan şəhərində yerləşən "Kristal Abşeron" kompleksinin sakinləri su və istilik qiymətlərinin qalxması səbəbindən Prezident İlham Əliyevə və I vitse prezident Mehriban Əliyevaya narazılıq məktubu göndərib.

FaktXeber.com olaraq, sakinlərin narazılığının nə qədər haqlı olub olmadığını müəyyənləşdirmək üçün "Kristal Abşeron" rəhbərliyi ilə əlaqə yaratmaq istədik. İlk öncə telefonu qaldıran şəxs mətbuatın suallarına Mehriban xanımın (soyadını söyləmədi) cavab verməli olduğunu qeyd edib, bizi ona yönəltdi. Mehriban xanım bizim mətbuat nümayəndəsi olmağımızı biləndən sonra suallarımızı komendant Rafiq müəllimə ünvanlamağı məsləhət bildi. Lakin onun verdiyi və zəng etdiyimiz nömrə təyin olunmamışdı. Yenidən Mehriban xanımla əlaqə qurmaq cəhdlərimiz isə alınmadı, o, telefon zənglərimizə cavab vermədi. 

Daha sonra yenidən "Kristal Abşeron” kompleksinin rəhbərliyi ilə əlaqə yaratmağa çalışdıq. Növbəti dəfə bizi Rəşad müəllimə yönəltdilər. Zəngimizi cavablandıran Rəşad müəllim sakinlərin narazılığını araşdırılması üçün bizi "Kristal Abşeron"un Xırdalan şəhəri, Heydər Əliyev prospekti 130 ünvanına dəvət edib, telefon vasitəsiylə heç bir suala cavab vermək istəmədiyini nəzərimizə çatdırdı. Biz də öz növbəmizdə dəvəti müzakirə edərkən, Rəşad müəllim növbəti dəfə ofisimizə zəng edərək, bizi yoxlanılmamış məlumatı nəyə görə dərc etdiyimiz barədə yüksək tonla danışmağa başladı. Biz də öz növbəmizdə bir neçə xəbər agentliyinin, sosial şəbəkələrin yayımlanan məlumatı əsas gətirərək, burada KİV prinsiplərinin pozulmadığını Rəşad müəllimin diqqətinə çatdırdıq. Bildirdik ki, zəngimizin səbəbi də bu barədə yaranmış narazılığa aydınlıq gətirmək, qarşı tərəf kimi şirkətin münasibətini dərc etmək olub.

Amma görünür, Rəşad müəllim öz vəzifə səlahiyyətlərini bilmir və ona mətbuatın ünvanladığı sualları cavablandırmaq əvəzinə, məhkəməyə verəcəkləri ilə hədələməyə başladı.

Bütün olanlara baxmayaraq, biz “Kristal Abşeron”un mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, "Kristal Abşeron"nun rəhbərliyindən dəqiqləşdirmək istədiyimiz məsələ bloklara vurulmuş bu elanla bağlı idi: 

Məqalədə : Kristal Abşeron 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-07-2018 18:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com