Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2017
14:18
Mahmud Abbas: ABŞ artıq vasitəçi ola bilməyəcək

Fələstin dövlət başçısı Mahmud Abbas Türkiyənin ev sahibliyində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbədənkənar zirvə görüşündə çıxış edib. 

FaktXəbər-in məlumatına görə, Abbas çıxışında, "ABŞ artıq İsrail-Fələstin arasındakı sülh prosesində vasitəçi xüsusiyyətini itirib. ABŞ-ın gələcəkdə siyasi sülh prosesində iştirak etməsinə əsla və əsla icazə verməyəcəyik", - deyib.

"Bütün gücümüzlə artıq işğal altındakı Fələstinin dövlət kimi tanınması üçün çalışmalıyıq", - deyən Abbas, Qüdsün Fələstinin paytaxtı olmaması halında sülh və sabitlik olmayacağını söyləyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 11:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com