Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2017
14:06
1460
Əhali bu il ərzağa 14,2 mlrd. manat xərcləyib

2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3% üstələyərək 30,9 mlrd. manata bərabər olub.


Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, ticarət dövriyyəsinin 15 mlrd. 623,8 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,239 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9% və 2,7% üstələyib.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2016-cı ilin yanvar-noyabr aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

30 862,8

102,3

o cümlədən:

ərzaq məhsulları

14 188,6

102,0

içkilər və tütün məmulatları

1 435,2

100,9

toxuculuq məhsulları, geyim və ayaqqabılar

5 667,2

103,1

elektrik malları və mebellər

1 930,8

102,1

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

228,2

101,5

əczaçılıq və tibbi mallar

423,2

101,4

avtomobil yanacağı

1 651,0

99,8

digər qeyri-ərzaq məhsulları

5 338,6

103,6


Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46%-i ərzaq məhsullarının, 4,6%-i içkilər və tütün məmulatlarının, 18,4%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,3%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının 12%-i ticarət müəssisələri, 53,9%-i fərdi sahibkarlar tərəfindən, 34,1%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 9,7%, fərdi sahibkarlar üzrə 1,3%, bazar və yarmarkalar üzrə 1,5% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  288,3 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları  alıb.

Məqalədə : ərzaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 15:30



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  faktxeb[email protected]

Valyuta.com