Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2017
09:20
2060
Trampın bu açıqlamasına hər kəs ağlayana qədər gülür

ABŞ prezidenti Donald Tramp Ağ Evdə müdafiə büdcəsinin imzalanma mərasimində bəyan edib ki, ölkəsi İraq və Suriyada İŞİD terror qruplaşması üzərində qələbəyə nail olublar.

FaktXəbər-in məlumatına görə, bu barədə Rusiyanın “RİA Novosti” agentliyi yazıb. 

“Biz Suriyada, İraqda qələbə qazandıq, lakin terrorçular digər rayonlara yayılırlar. Lakin biz onları yayıldıqları qədər tez təqib edirik”, - deyə Tramp bildirib.  

Bundan başqa, D.Tramp 4 əsas müddəanın əks olunacağı yeni milli təhlükəsizlik strategiyasının qəbul ediləcəyini vəd edib: Amerika xalqının qorunması, ABŞ-da rifahın artırılması, Amerika təsirinin genişləndirilməsi və sülhün güc vasitəsi ilə qorunub saxlanılması.    

Qeyd edək ki, Trampın bu açıqlamasını eşidən hər kəs gülür. Çünki bütün dünya İŞİD terror şəbəkəsinin yaradıcısının və silahla təmin edənin ABŞ olduğunu bilir. Bu terror şəbəkəsinin maliyyələşdirilməsi işini isə Yaxın Şərqdə ən yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanı həyata keçirib. İŞİD terrorçularının Suriya və İraqa daşınması da birbaşa ABŞ-ın nəzarəti ilə həyata keçirilib. Suriya ərazilərinin 80 faizinin işğalının həyata keçirilməsi də ABŞ və müttəfiqlərinin verdiyi kəşfiyyat məlumatları əsasında baş verib. Terrorçuların İraq və Suriyada işğal etdikləri ərazilərin geri alınması üçün isə heç bir rol oynamayıblar, əksinə, onların təhlükəsiz ərazilərə daşınması üçün müəyyən müddətdən bir atəşkəs rejiminin tətbiqi üçün dəridən-qabıqdan çıxıblar. Bundan əlavə, ABŞ-ın nəzarətində olan media qurumları vasitəsi ilə İŞİD terrorçuları illərlə müxalifət kimi təqdim edilib, dinc əhali arasında törətdikləri qətliamları isə Suriya hökumətinin üzərinə atmaq üçün "qara piar" kampaniyası aparıblar. Trampın dediyinin əksinə olaraq isə Suriya və İraqda İŞİD terrorçuları üzərində qələbədə heç bir rol oynamayıblar. Bütün dünyanın gözü qarşısında Suriyanı İŞİD işğalından xilas edən isə Rusiya, İran və yerli ordu olub. İraqda isə bu işi İraq ordusu, Həşdi-Şabi könüllüləri və İran həyata keçirdi. İndi Trampın belə bir açıqlama veməsi, sadəcə gülüş yaradır.

Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 15:32



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com