Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2017
09:13
Azərbaycanda bank işçilərinin sayı artıb

2017-ci ilin oktyabrın sonunda Azərbaycanın bank sektorunda işləyənlərin sayı 16,47 min nəfər təşkil edib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat verib.

Qeyd olunur ki, bir ay ərzində bank sektorunda işləyənlərin sayı 0,8 faiz artıb.

Sentyabr ayında bank sektorunda işləyənlərin sayı 16,34 min nəfər, bu ilin əvvəlində isə 16,95 min nəfər təşkil etmişdi.

Hesabat dövründə ölkədə 31 bank, o cümlədən 2 dövlət bankı fəaliyyət göstərib. 16 bankda xarici kapital mövcuddur. Onlardan səkkizində xarici səhmdarların payı nizamnamə kapitalının 50 faizdən çoxunu təşkil edir. Ölkədə xarici bankarın 2 filialı (Bank Melli Iran və Pakistan Milli Bankı) fəaliyyət göstərir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bank 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 10:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com