Keçmiş MTN-in vəzifəli şəxsləri: `Bizə şər atıblar`

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2017
17:47
2723
Keçmiş MTN-in vəzifəli şəxsləri: `Bizə şər atıblar`

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilən Natiq Alıyev zərərçəkmiş Nazim Quliyev epizodu üzrə ifadə verib. 

Digər təqsirləndirilən Zaur Məmmədov isə Kamal Seyfullayevin epizodu üzrə ifadə verib. 

Hər iki şəxs zərərçəkmişlərdən pul almadığını və ittihamın şər-böhtan olduğunu bildirib. 

Proses dekabrın 14-də davam etdiriləcək. 

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə )v’ digər maddələri ilə ittihamlar irəli sürülüb./APA

Məqalədə : MTN işi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 11:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com