Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Dekabr

2017
12:32
696
Türkiyədən Trampa turplu etiraz - FOTO

Türkiyənin Antalya şəhərində ABŞ prezidenti Donald Trampın qərarına qeyri-adi etiraz ediblər. FaktXeber.com-un DHA-ya istinadla verdiyi məlumata görə, hadisə  Kumluca mahalında qeydə alınıb. Belə ki, ərazidə bir sıra muxtarlar bəyanat səsləndiriblər, sonda isə üzərinə Trump yazılan turpu dişləyiblər. 

Türkiyə və Fələstinin bayraqları fonunda səsləndirilən bəyanatda Qüdsün sadəcə Fələstinin deyil, bütün müsəlmanların  qüruru və namusu olduğunu dilə gətirilib: «1917-ci ilin dekabrın 9-da müstəmləkə güclərin başı olan  ingilislər tərəfindən işğal edilən Qüds 100 ildir ki, sülhə möhtacdır. Çünki qərblilərin  İslama tolerantlığı yoxdur, sionizmin nökərçiliyini  edirlər. Əziz millətimiz bunu da unutmasın: 1917-ci ildə Qüdsün işğalından təqribən 11 ay sonra səlibçilər tərəfindən 1918-ci ilin noyabrın 30-da  İstanbul işğal edilib. Qüdsün işğalından sonra Anadolu torpaqlarının yəhudi sionistləri və Qərb imperializmi tərəfindən işğal olunmayacağı barədə zəmanət yoxdur. Qüdsün məğlubiyyəti, Anadolunun məğlubiyyətidir».

Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2018 18:37

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru