Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2017
11:53
Rus kəşfiyyatçılar Ermənistan dağlarında təlim keçir

Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinə məxsus bazasının kəşfiyyatçıları döyüş hazırlığını artırmaq məqsədilə səhra təlimlərinə başlayıb. FaktXəbər-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ictimaiyyətə Cənub Hərbi Dairənin mətbuat xidmətinin rəisi, polkovnik Vadim Astafyev məlumat verib.

"Təlimlər Kamxud yüksək dağ poliqonunda kəşfiyyat rəisinin rəhbərliyi altında aparılır və ay ərzində davam edəcək. Hərbçilər müasir kəşfiyyat sahəsində 100-dən çox müxtəlif normativləri, o cümlədən "Radio lampa" kompleksi üzrə yerinə yetirəcək",-deyə Vadim Astafyev əlavə edib. 

O, həmçinin qeyd edib ki, təlimlərdə 300-dən çox hərbçi və təxminən 50 ədəd hərbi texnika iştirak edir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiyalı hərbçilər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 20:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com