Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2017
10:18
1519
Hindistanlı alimlər qorxulu açıqlama verdi
Kosmosdan gələn virus 23 dekabrda dünyanı məhv edəcək

Hindistanlı astronom alimlər bütün bəşəriyyəti məhv edə biləcək virusun dünyaya yayılacağını iddia ediblər.

FaktXəbər-in "Science" jurnalına istinadən məlumatına görə, Hindistanlı astronomlar 23 dekabrda dünyanın sonunun gələcəyini bildiriblər. 

Onlar bildirirlər ki, virus bir neçə gün ərzində bütün dünyaya yayılacaq. Amma alimlər ölümcül xəstəlik mənbəyinin necə yayılacağını açıqlamayıblar.

Onlar Yerin yaxınlığında fəza cismini aşkar etdiklərini, bu cismin NASA məlumat bazasında olmadığını deyiblər. Ölümcül virusun da planetimizə bu cisim tərəfindən çatdırıldığı qeyd edilib.

Qeyd edək ki, 5 il bundan əvvəl də Mayya təqvimi ilə Nibiru adlı planetin Yerlə toqquşacağı barədə sensasion məlumat yayılmışdı. Bildirilirdi ki, Yer kürəsində elektrik enerjisi kəsiləcək, bir həftə işıq olmayacaq, aclıq başlayacaq. Buna görə də Azərbaycan da daxil olmaqla əksər ölkələrdə insanlar mağazalardan şam alaraq ehtiyat görmüş, ərzaqlar toplamışdılar.

Məqalədə : dünyanın sonu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2018 01:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status