Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2017
09:51
`Kinder`dən uşaqlara təhlükəli `sürpriz` - SOS

"Ən keyfiyyətsiz şokoladlar haqqında danışanda, ilk növbədə "Kinder"in adını çəkirik"

Bir neçə ildir uşaqların sevimlisinə çevrilən "Kinder" şokoladları haqqında mətbuatda ara-sıra xoşagəlməz məlumatlar yayılır. Bu yaxınlarda yerli və xarici mətbuatda bu barədə növbəti qalmaqallı xəbər yayımlandı.

Həmin məlumata görə, bir neçə ay öncə Böyük Britaniya vətəndaşı Sofiya Braun oğluna "Kinder" şokolad alıb. Oyuncağın bağlamasının üzərində "Minionlar"ın (Minions — Amerikanın animasiya komediyasının qəhrəmanları — red.) şəkli olduğundan ana fikirləşib ki, yumurtanın içində də bu seriyadan olan oyuncaq çıxacaq.

Lakin qadın yumurtanın içindəki plastik qabı açanda, gözlərinə inanmayıb. Belə ki, yumurtadan oyuncaq əvəzinə həblər çıxıb. Qadın həblərin nə olduğunu araşdırarkən dəhşətli həqiqət üzə çıxıb. Sən demə, bu, narkotik maddə imiş.

Sputnik Azərbaycan Azərbaycanda da kifayət qədər alıcı kütləsi olan "Kinder" sürprizlərin uşaqlar üçün nə dərəcədə təhlükəli olduğunu araşdırıb. Pediatr Günay Rəsulova bildirib ki, "Kinder" şokoladlarını qəti şəkildə uşaqlara vermək olmaz.

"Ən keyfiyyətsiz şokoladlar haqqında danışanda birinci növbədə "Kinder"in adını çəkirik. Həm şokoladın tərkibi çox keyfiyyətsizdir, həm də şokoladın içinə qoyulan plastmas qabın özü də keyfiyyətsizliyi ilə seçilir" — mütəxəssis deyib.

"Beləliklə, plastmas qabda olan zəhərli maddələr şokolada keçir. Nəticədə uşağın zəhərlənməsi baş verir. Alsalar da, oyuncağı ilə uşaqlar oynasın, amma qətiyyən şokoladını uşağa verməyin. Bir sözlə, ən təhlükəli, ən zərərli şokolad "Kinder"dir" — G. Rəsulova əlavə edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Sputnik Azərbaycan-a açıqlamasında diqqətə çatdırıb ki, istehlakçı hüquqlarını qoruyan dünya təşkilatları hər üç ildən bir dünya konqreslərində bu cür malların uşaqlar üçün zərərli olduğunu qeyd edir: "Bildirirlər ki, bu cür malların reklamı az olsun və düzgün təbliğat aparılsın ki, uşaqlar bu mallardan uzaq dursun".

"O cümlədən, "Kinder" şokoladlarının da zərərli olması istisna deyil. Hətta "Kinder"dən çıxan oyuncaqların qoparaq uşaqların udlağında, boğazında qalması ilə bağlı ölüm halları da baş verib" — E. Hüseynov vurğulayıb.

"Bizim təşkilata da "Kinder" ilə bağlı şikayət daxil olub. Bu şikayət dükanlarda satılan "Kinder"lərin vaxtının keçməsi ilə bağlıdır. Mən dəfələrlə aidiyyatı orqanlara bu haqda məlumat versəm də, bu şokoladı satan istehsalçı ilə danışsam da, cəhdlərim boşa getdi. Beləliklə, vaxtı keçmiş "Kinder"lər dükanlarda satıldı. Azad İstehlakçılar Birliyinin sədri olaraq bildirirəm ki, mən bu şokoladın satılmasına qarşıyam. Valideynləri də bu şokoladı almamağa çağırıram" – deyə ekspert bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Uşaq oyuncaqları 
Mövzu üzrə xəbərlər
Şərhlər
AZAD AYDIN tərəfindən 16-01-2018 23:08:27 tarixində yazıldı
Kinder sokoladları
Yerli çokoladlarımızdan(şokolad demək olarsa!) da keyfiyyətsizdir?Palma və bitki yağları qatılan sokoladlarımız sanki palçıqdandır!İstehsal(keyfiyətli istehsal!)olmayan,Monopoliya və Rüşvət olan ölkədə hər cür malı xırıd etmək olur!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2018 03:53



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com