Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Dekabr

2017
17:45
786
“Bəzi ərəb dövlətləri islam dünyasına xəyanət edib”
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib

“Xəzərin hüquqi statusuna dair konvensiyanın taleyinin prezidentlərin Qazaxıstanın Astana şəhərində keçiriləcək görüşündə həll olunmasına ümid çoxdur”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında deyib.

B.Qasimi xatırladıb ki, ötən həftə 5 Xəzəryanı ölkənin XİN başçılarının Rusiyada görüşü keçirilib: “Xəzərin hüquqi statusuna dair danışıqlar 21 ildir ki, aparılır. Bu barədə Konvensiyanın taleyinin Astana şəhərində keçiriləcək prezidentlərin sammitində həll olunmasına ümid çoxdur. Əlbəttə, iclasdan öncə ekspertlər bir daha texniki məsələləri araşdıracaq. Düşünürük ki, Astana sammitində ümumi həmrəylik əldə olunacaq”.

B.Qasimi qeyd edib ki, Konvensiya Xəzər dənizinə aid ümumi prinsipləri və ölkələrin öhdəliklərini müəyyənləşdirir: “Sənəddə hər bir məsələnin detalları qeyd olunmayacaq. Lazım gələrsə, digər məsələlər üçün protokollar hazırlanacaq və sənədə əlavə olunacaq”.

İran XİN-in sözçüsü ABŞ prezidenti Donald Trampın məlum qərarına toxunaraq deyib ki, ABŞ-ın öz səfirliyini Beytül-müqəddəsə köçürməsi aşkar yanlışdır ki, regionda gərginliyin artmasına səbəb olub: “Bundan ən çox ziyan görən elə Amerika hökuməti olacaq. Onların qərarı düşünülməmiş, naşıcasına və təhlükəli qərardır. İslam ümmətinin vəhdətinə ehtiyac var”.

B.Qasimi qeyd edib ki, bəzi ərəb dövlətləri bu məsələdə islam dünyası və Fələstinə xəyanət edib: “Ərəb Birliyinin Trampın qərarı ilə bağlı bəyanatı gözlənilən kimi qətiyyətli deyildi və çox zəif idi”.

Məqalədə : Qüds 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2018 06:24

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru