Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Dekabr

2017
16:50
1044
Xarici vətəndaşlar Azərbaycandan pullarını çıxarırlar

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında qeyri-rezidentlərin əmanətlərinin ümumi həcmi 2017-ci ilin oktyabr ayı ərzində 16,5 mln. manat və ya 2,1% azalaraq noyabrın 1-nə 766,6 mln. manat təşkil edib.

FaktXeber.com bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Qeyri-rezidentlərin əmanətlərinin 54,9 mln. manatı və ya 7,2%-i milli valyutada, qalanı isə xarici valyutada yerləşdirilib.

Noyabrın 1-nə fiiziki şəxslərin əmanətlərinin həcmi 7 280,1 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 257,9 mln. manat və ya 3,7% artım deməkdir. Əmanətlərin 2 189,6 mln. manatı və ya 30,1%-i milli valyuatada, qalanı xarici valyutada yerləşdirilib.

Hesabaata əsasən, qeyri-rezidentlərin əmanətlərinin həcmində azalma olsa da, rezidentlərin əmanətlərinin həcmi oktyabrda 274,4 mln. manat və ya 4,4% artaraq noyabrın 1-nə 6 513,5 mln. manata çatıb. Rezidentlərin əmanətlərinin 2 134,6 mln. manatı və ya 32,8%-i milli valyutada saxlanılır.

Məqalədə : Mərkəzi bank 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2018 06:27

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru