Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Dekabr

2017
16:14
1062
Oyuncaqların sayının çox olması uşaqlara zərərdir

Amerikalı alimlər  oyuncaqların uşaqların psixikasına təsiriylə bağlı  araşdırma aparıblar. Məlum olub ki, gəlincik, maşın və digər oyuncaqların çoxluğu cəmiyyətin azyaşlı üzvlərində diqqətsizlik yarada bilər.

FaktXeber.com-un məlumatına görə, elm adamlarının unikal araşdırmasında 36 uşaq iştirak edib. Mütəxəssislər  balacalara çoxlu sayda müxtəlif oyuncaqlar təqdim edərək onların reaksiyalarını izləyiblər. Məlum olub ki, avtomobil, gəlincik və digər oyuncaqlar üçün seçimlərin çoxluğu nəticəsində uşaqların oynama müddəti azalır və keyfiyyətsizləşir.

Alimlər bunun əksinə uşaqlara cəmi bir neçə oyuncaq verdikdə isə onların asudə vaxtlarını daha  yaradıcı keçirdiklərini və diqqətlərini topladıqlarının şahidi olublar.

Bu səbəbdən araşdırma müəllifləri  gənc valideynləri övladlarına çoxlu sayda oyuncaq almamağa tövsiyə edirlər, çünki  bu onlarda diqqət çatışmazlığı sindromu və başqa psixi anormallıqları yaradır.

Məqalədə : oyuncaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2018 23:28

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru