Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2017
15:31
1137
Bakıya 20 ədəd `qarmoşkalı` avtobus gətiriləcək

Gələn ilin əvvəllərində Bakıya daxili sərnişindaşıma üçün 350 yeni avtobus gətiriləcək. Bu barədə özəl olaraq Trend-ə Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli deyib.

Qurum rəhbəri qeyd edib ki, həmin avtobuslardan 20-nin uzunluğu 18 metr olacaq:

"Bəziləri düşünür ki, Bakıya "qarmoşkalı" avtobuslar yaramır. Amma bu belə deyil. Bakının küçələri buna əlverişlidir. Bununla bağlı araşdırma aparmışıq, xarici şəhərlərin küçələri ilə Bakı küçələrini müqayisə etmişik. Avropa şəhərlərinin bəzi küçələri Bakının küçələrindən dardır. Sadəcə orada sərnişin-sürücü münasibətləri normaldır. Döngələrdə avtomobil park etmirlər, ötmə əməliyyatları düzgün aparılır və s. Bütün bunlar yollarda nəqliyyatın hərəkətinə təsir edir. Ona görə də əminliklə deyə bilərəm ki, 18 metrlik avtobuslar Bakı küçələrində normal hərəkət edə bilər".

V.Kərimli bildirib ki, Bakıya gətirilən həmin müasir və iritutumlu avtobusların "BakuBus" MMC və ya hansısa digər daşıyıcıya veriləcəyi hələ məlum deyil.

Məqalədə : avtobus 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2018 12:44

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status