Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2017
11:38
2131
Misirdə 3500 illik kral məzarı tapılıb- VİDEO

Misirin cənubunda Luxor  şəhəri yaxınlığında 3500 il əvvələ aid 2 məzar tapılıb. Misirli nümayəndələr iki antik məzarın  ölkənin  turizm sektorundakı sıxıntılardan xilas edəcəyini bildirib.

FaktXeber.com-un məlumatına görə Nil çayının  qərb sahili  Misir tarixinin  fərqli xanədanlıqlarına, əsasən  əsilzadələrin və dövlətin  ali nümayəndələrinə aid  antik məzarlar  və məbədləri ilə tanınır.

Qədim Əsərlər Naziri  Xalid əl-Anani məzarlardan birinin  ətrafının kərpic və  daş divarlarla əhatələnən həyəti olduğunu və 4 tərəfdən  otağa ayrılan  6 metr  dərinliyində bir məzarlığı ehtimva etdiyini deyib.

Bildirilir ki, divar  yazıları  və rəsmlər 18-ci xanədanlıqda hökm sürmüş  2 firon Kral II Amenhotep və Kral IV Tutmosun  hökmdarlığı dönəminə aiddir.

Digər məzarın düzbucaq quruluşlu bir salona açılan beş qapısı və məzarın şimal və cənub tərəflərində iki məzar boşluğu var.

Burada olan eksponatlar arasında cənazə konusları, boyalı taxta cənazə maskaları, gil daşlar, təxminən 450 heykəlcik və yəqin ki, yüksək səviyyəli bir nümayəndəliyə aid olan kətan ilə sarınmış bir mumiya var. Nazirlik, tavana oyulmuş relyeflərin Kral Tutmosun adını daşıdığını da açıqlayıb.

Məqalədə : mumiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-07-2018 18:30



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com