Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı və Azərbaycan Ziyalılar Birliyi “İslam Vəhdəti və Ədalətli Cəmiyyət” adlı konfrans keçirib. FaktXeber.com "İslaminSesi"nə istinadla bildirir ki, konfransda ölkənin tanınmış ictimai-siyasi xadimləri, təşkilat rəhbərləri, ruhani alimləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli Peyğəmbərin mövludu ilə əlaqədar bayram həftəsinin sonunda ABŞ prezidenti Donald Tramp müqəddəs Qüds şəhərini sionist İsrailin paytaxtı elan etməklə İslam dünyasının sevincinə mane olmasından təəssüfünü bildirdi. Bundan başqa Azərbaycanda “İslam Həmrəylik İli” elan edilməsinə baxmayaraq, 100-dən artıq inanclı həbslərə atıldığını xatırlatdı.
Daha sonra çıxış edən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev ölkədə inanclı kəsimə qarşı baş qaldıran represiyalara diqqət çəkib, AİP lideri Doktor Mövsüm Səmədova, ruhani alim Sərdar Hacıhəsənliyə qarşı olan qərəzli mövqeyi, Nardaran hadisələri zamanı həbsə atılan Zülfüqar Mikayılzadə və Elman Ağayevə qarşı çıxarılan ağır hökmü xatırladıb.
Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim Hacı İlham Əliyev Mövsüm Səmədovun məhkəməsinin tam sifarişli məsləhətləşmələr əsasında aparıldığını vurğulayıb və verilən qərarı gülünc adlandırıb. Hacı İlham Əliyev həmçinin Nardaran hadisələri zamanı həbs edilən şəxslərə qarşı çıxarılan hökmdən təəssüfünü ifadə edib.
Konfransda söz alan AİP-in Qadınlar Şurasının sədri Növrəstə İbrahimova Fələstini müsəlman dünyasının şah damarı adlandırıb və Trampın qərarını İslam dünyasına olan ən böyük həqarət kimi xarakterizə edib.
Tədbir mövzu ətrafında çıxışlarla davam etdirilib.
- 25-04-2018 00:25 Suriyada S-400 raketləri yeni hədəfləri vurub
- 24-04-2018 16:30 "Əl-Qaidə" "ASO" komandirini həbs edib
- 24-04-2018 16:07 Ərdoğan ermənilərə başsağlığı verib
- 24-04-2018 15:57 Belarus prezidenti Ermənistana yardım əlini uzadıb
- 24-04-2018 15:20 Lordlar Palatasının üzvü: BBC Suriyadakı həqiqətləri göstərmir
- 24-04-2018 14:45 Şimali Koreya liderini indiyə qədər belə görməmişdiz - FOTO
- 24-04-2018 14:20 Ermənistanda Qarabağ veteranlarının başçısı öldürüldü
- 24-04-2018 12:30 Akşener razılaşsa, Gül müxalifətin yeni lideri olacaq
- 24-04-2018 12:30 Həsən Ruhani Azərbaycan dilindən, Urmiya gölündən və "Traktorsazi"dən danışdı
- 24-04-2018 11:57 Kadırov Suriyaya yeni döyüşçülər göndərmək istəyir
- 24-04-2018 11:41 İsrail hərbçiləri fələstinli məhbusun evini partlatdı-VİDEO
- 24-04-2018 11:22 Husilərin Səudiyyədən qisası gecikmədi - VİDEO
- 24-04-2018 10:39 Fransa şirkətindən etiraf: İŞİD-ə pul verdiyimizi hökumət bilirdi
- 24-04-2018 10:30 Nikol Paşinyan baş nazir olmaq istəyir - VİDEO
- 24-04-2018 10:08 Yəmənin Ali İnqilab Şurasının sədri öldürülüb
- 24-04-2018 09:37 Şoyqu xəbərdarlıq etdi: Terrorçular Mərkəzi Asiyaya yerləşir
- 24-04-2018 09:31 Türkiyədə 5.1 bal gücündə zəlzələ: 13 yaralı - FOTO
- 24-04-2018 09:10 Tunisdə hərbi təyyarə qəzaya uğrayıb
- 24-04-2018 08:30 Erməni Kanadada terror törətdi - VİDEO-FOTO
- 23-04-2018 20:55 Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək
- 23-04-2018 16:17 Serj Sarkisyan istefa verdi
- 23-04-2018 16:09 Şərqi Qəlamunda terrorçular texnikalarını və silahlarını təhvil verib - VİDEO
- 23-04-2018 15:28 Kiyevdə xarici səfirin pulları oğurlanıb
- 23-04-2018 15:14 Ermənistanın xalq hərəkatının lideri Paşinyan azadlığa çıxdı-VİDEO
- 23-04-2018 14:51 Sarkisyan qorxuya düşdü: Paşinyan azad olunur

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
25-04-2018 05:01
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]