Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2017
09:58
1448
Fətullah Gülən: Xaçlılar bizi xilas edəcək - VİDEO

Fətullahçı Terror Təşkilatının (FETÖ) fəaliyyətlərinin ifşa edilməsinə yönəlik fəaliyyətlərini davam etdirən Türkiyənin xüsusi xidmət orqanları təşkilatın mesaj yolu ilə üzvlərinə göndərdiyi məlumatlarla qopmaların qarşısını almağa və zindanındakı mənsublarına ümid verməyə çalışdığını ortaya çıxarıb.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, 15 iyul 2016-cı il dövlət çevrilişdən sonra gücünü itirən təşkilat yenidən güclənməyə cəhd edir.

Şübhə yaratmayan lüks məkanlarda görüşlər keçirən, təhlükəsizlik qüvvələrinə yaxalanmamaq üçün müxtəlif kommunikasiya proqramlarından istifadə edən və təşkilat başçının tapşırıqlarını üzvlərinə çatdıran FETÖ-çüləri ifşa etmək üçün xüsusi xidmət orqanları işlərini davam etdirirlər.

Müəyyən edilib ki, təşkilat motivasiyanı yüksəltmək üçün eyni üsullardan istifadəyə davam edirlər.

İfşa edilən məlumatlarda bildirilir ki, təşkilat üzvləri öz aralarındakı söhbətlərdə dövlət çevrilişi cəhdinin sonra ABŞ-a qaçan bəzi hakim və prokurorların orada məhkəmə işçiləri ilə əməkdaşlıq etdiyi və Türkiyəni beynəlxalq ictimaiyyətdə çətin vəziyyətə salacaqları bildirilir.

Təşkilat nümayəndələri öz aralarında Rza Zərrab məsələsində hökumətin istefa vermək məcburiyyətində qalaraq devriləcəyini, 2017-ci ilin sonunda hər şeyin daha gözəl olacağını və həbsxanasındakı məhbusların azad ediləcəyini bildirirlər.

"Allahın köməyi ilə ABŞ bu işi həll edəcək" məzmunlu çıxışlarda isə bir yuxuya istinad edilərək təşkilat üzvlərinin müsəlman olmayanların səyi ilə xilas olacağı uydurması də ağızdan-ağıza yayılır.

Yüəksək çinli təşkilat üzvləri tərəfindən hekayələşdirilən, "xaçlı paltarı geyinmiş bəzi şəxslər Fətullah Gülənin otağına girir. O isə baş verən son hadisələrə görə xəstə imiş, yatırmış. İçəri girənlərdən biri əlini uzadır, amma onu ayağa qaldıra bilmir. Bu dəfə xaçlı geyimində olan şəxs əlini uzadır və onu ayağa qaldırır. Bizim xilasımız da belə olacaq", - şəklindəki yuxu müxtəlif üsullarla FETÖ üzvlərinə çatdırılır.

Məqalədə : Fətullah Gülən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2018 01:53

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status